Ravvin Sinaqoqda 150 qadının çılpaq videosunu çəkib
Bizi izləyin

Dünya

Ravvin Sinaqoqda 150 qadının çılpaq videosunu çəkib

Vaşinqtonda yerləşən “Kesher Israel Congregation Barri Frondelya” sinaqoqunun ravvini ən azından 150 çılpaq qadını gizli şəkildə videoya çəkib.

Publika.az xəbər verir ki, bu barədə şəhər polisinə istinadən “The Washington Post” bildirib.

Ravvindən götürülən videoçarxlarda 150 çılpaq qadının olduğunu müəyyənləşdirib. Polis onlardan ən azı 88-ini müəyyən etməyə çalışır. Qeyd edilir ki, zərər çəkənlərdən 64-ü hələ 2011-ci ilə qədər çəkilib.

Polisin məlumatına görə, ravvin kameranı saatda gizlədib və onu sinaqoqda vanna otağında asıb. Şübhəli şəxs altı ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Amma ravvin özünü günahkar hesab etmir.

Barri Frondel fevralın 19-da ilkin dinləmələr üçün məhkəmə qarşısına çıxmalıdır. “The Washington Post” qeyd edir ki, prokuror ravvinə videoda təsvir edilən qadınlarla barışığa getməyi təklif edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm