Şirokinoda şiddətli tank döyüşü gedir
Bizi izləyin

Dünya

Şirokinoda şiddətli tank döyüşü gedir

Fevralın 10-da separatçılardan azad edilən Donetsk vilayətinin Şirokino rayonunda hazırda şiddətli tank döyüşü gedir.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Azov” xüsusi təyinatlı alayının “Facebook” səhifəsində bildirilir.

“Hazırda Şirokinoda “Azov” döyüşçüləri ilə terrorçuların arasında tank döyüşü gedir. Döyüşdə Rusiya tanklarından istifadə edirlər”, - xəbərdə deyilir.

Ukrayna mediasının yazdığına görə, terrorçular 15 fevral tarixinə kimi Debaltsevo və Mariupolda bayraqlarını qaldırmağı planlaşdırır. Bu barədə Ukraynanın müdafiə nazirinin müavini Pyotr Mexed deyib.

Qeyd edək ki, fevralın 15-i saat 00:00-dan Donbas hövzəsində atəşkəs rejimi qüvvəyə minəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm