Putin Sarkisyanın "qələmini qırdı"
Bizi izləyin

Dünya

Putin Sarkisyanın "qələmini qırdı"

“Qaqik Çarukyan Ermənistanın İvanişvilisi olacaq”.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcüstan mətbuatı çıxış edib. Mətbuat artıq Moskvanın İrəvana yeni sahib təyin etdiyini bildirib: “Sərkisyanın dövrü artıq bitib. O, Kremlin istəklərini doğrultmadı. Üstəlik, Sərkisyan dövründə Ermənistanda Rusiyaya qarşı etirazın ən yüksək səviyyəyə qalxması Moskvanı bu addımı atmağa məcbur edib.

Həmçinin bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Jirinovskinin Çiçəklənən Ermənistan Partiyası liderləri ilə görüşməsi artıq seçimin edilməsindən xəbər verir. Yeni namizəd Qaqik Çarukyanın əhalini Sərkisyana qarşı səfərbər olmağa səsləməsi də yaxın günlərdə İrəvanda olacaq dəyişiklərdən xəbər verir. Görünür, Moskva tezliklə İrəvanda Qırğızıstanda olduğu kimi “rəngli inqilab” təşkil edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm