SSRİ tankları hərraca çıxarıldı
Bizi izləyin

Dünya

SSRİ tankları hərraca çıxarıldı

Serbiya Müdafiə Nazirliyi maliyyə balansını düzəltmək üçün Sovet dövründən qalmış yüzlərlə tankı satışa çıxarıb.

Publika.az-ın məlumatına görə, satışa 282 ədəd T-55 tankı ilə yanaşı 16,000 tapança, 5,000 qumbaratan, minlərlə patron-güllə, qumbara və digər növ silah-sursat çıxarılıb.

Serbiya hərbiyyəsi satışa çıxarılan silahın istifadə və yararlılıq vaxtının artıq bitdiyini və ordu üçün artıq yükə çevrildiyini qeyd edib. Nazirlik silah satışının ölkənin müdafiə qabiliyyətinə təsir etməyəcəyini bildirirb. Satışdan əldə edilən maliyyə vəsatinin yeni silah növlərinin alınmasına və tədqiqat işlərinin maliyyələşməsinə yönəldiləcəyi deyilir.

Serbiya Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, tenderdə iştirak etmək icazəsi yalnız silah ticarəti əməliyyatlarının aparılmasına veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm