• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sarkisyan danışdı - ölkə qarışdı

  • Dünya
  • 14 Fevral 2015 08:10
  • 1 405 Baxış
Sarkisyan danışdı - ölkə qarışdı

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan parlamentində sayca ikinci siyasi fraksiyanın lideri, Milli Təhlükəsizlik Şurasının üzvü Qaqik Tsarukyanı “bir siyasi xadim kimi ölkə üçün bəla” adlandırıb və onun ictimai və siyasi fəaliyyətinə qarşı tədbirlər görüləcəyini bəyan edib.

Publika.az-ın məlumatına görə, Sarkisyan rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Siyasi Şurasının iclasında Firavan Ermənistan Partiyasının (FEP) sədri Qaqik Tsarukyanın ünvanına təhqiramiz ifadələr işlədib və onun Milli Təhlükəsizlik Şurasından azad edilməsi haqqında fərman imzalayıb.

“Ölkənin ali təhlükəsizlik orqanı teatr deyil ki, kefin istədiyi vaxt baş çəkəsən”, - Sarkisyan deyib.

Sarkisyan Tsarukyanın siyasətdə peyda olmasında “öz səhlənkarlığı üçün” üzr istəyib və səhvini düzəltməyi vəd edib.

“Siyasi xadim Qaqik Tsarukyan ölkəmiz üçün bir bəla olub. Və bu təbiidir. Siyasi prosesə qatılmaq üçün kifayət qədər mexanizmə malik, lakin zəif intellektual qabiliyyətli şəxs inkişafın tormozuna çevrilir... Səhvi təmiz, kökündən və tez düzəltmək lazımdır”, - Serj Sarkisyan bəyan edib.

Sarkisyan Tsarukyanın deputatlıq fəaliyyətindən də məhrum etmək niyyətini gizlətməyib: “2013-2014-cü illərdə Qaqik Tsarukyan Milli Məclisin 145 iclasından cəmisi dördündə iştitak edib. Əgər o, öz seçicilərini, parlamentin rolunu heç nə hesab edir... bizim deputatlar sabahdan bu mənasız vəziyyəti düzəlmək üçün lazımi addımlar atarlar”.

“Vergidən yayınma və başqa cinayətlər...”

Ermənistan prezidenti Qaqik Tsarukyanın biznes fəaliyyətinə də diqqət yetirməyə çağırıb.

“İllər boyu büdcəyə ödənilməmiş, təqaüdçülərə və gənclərə çatacaq, lakin müxtəlif xeyriyyəçilik tədbirlərinə sərf olunan milyardlarla dram haqqında məlumatlar yoxlanılmamış qalır”, - deyə Sarkisyan baş nazir Hovik Abrahamyanı məlumatları yoxlamaq üçün müvafiq idarələrə tapşırıq verməyi tapşırıb. Ermənistanın baş naziri Abrahamyan Qaqik Tsarukyanın qudasıdır.

Sarkisyan Tsarukyanın yalnız bir vəzifəsində - Ermənistan Olimpiya Komitəsinin prezidenti kimi “törətdiyi cinayətlərini” qeyd etməyib.

Serj Sarkisyan hüquq-mühafizə orqanları ilə Tsarukyan tərəfindən müxtəlif cinayətlərin məharətlə gizlədilməsi mexanizmləri barədə məlumatların yoxlanılmasına diqqət yetiriləcəyini bildirib.

“Çıxış yolu – növbədənkənar prezident seçkiləri”

Sarkisyanın bəyanatlarından sonra FEP Siyasi Şurasının iclasında Qaqik Tsarukyan artıq ölkədə yaranmış vəziyyətdən yeganə çıxış yolunu “növbədənkənar prezident seçkiləri vasitəsilə tam hakimiyyət dəyişikliyində” gördüyünü bəyan edib.

Tsarukyan xalqı, bütün qanuni vasitələrlə, o cümlədən aramsız mitinq, yürüş və nümayişlərlə Serj Sarkisyanın istefasına və bu hakimiyyətdən azad olmaq üçün ümumxalq səfərbərliyinə çağırıb.

“Mübarizəyə hazırlaşın! Küçəyə 3000 adam çıxanda hakimiyyət qanunları dəyişməyə məcbur olur. Bütün xalq çıxsa – hakimiyyət dəyişikliyi baş tutar. Bu hakimiyyət getməlidir, və biz tariximizin bu rüsvayçı və şərəfsiz səhifəsini örtməliyik”, - Tsarukyan deyib.

FEP konfransında Erməni Milli Konqresin rəhbəri, sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan və Jaranqutyun Partiyasının sədri, sabiq xarici işlər naziri Raffi Hovhannisyan iştirak ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR