Ukrayna daha 11 əsgər itirdi
Bizi izləyin

Dünya

Ukrayna daha 11 əsgər itirdi

Atəşkəs razılığının əldə edilməsinə baxmayaraq, ötən gün 11 Ukrayna əsgəri həlak olub, 40 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, liderlər arasında atəşkəs haqqında razılıq əldə olunsa da, ölkənin şərqində şiddətli döyüşlərin davam etdiyi bildirilir.

Ukrayna, Rusiya, Fransa və Almaniyanın liderləri Belarusun paytaxtı Minskdə 16 saat davam edən danışıqlardan sonra atəşkəsin fevralın 15-də qüvvəyə minəcəyini elan ediblər.

Rusiya prezidenti Vladimir Putin münaqişə bölgəsindən ağır silahların çıxarılması da daxil edilməklə, əsas məsələlər barədə razılığın əldə edildiyini bildirib. Rusiya tərəfdarı separatçılar da razılığı qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm