Dünya
Əfsanəvi müğənninin evi 2 milyona satılır
Əfsanəvi yunan müğənnisi Demis Russosun varisləri bütün
dünyanı təəccübləndirib. Müğənninin ölümündən çox az keçməsinə
baxmayaraq, onun Afinadakı dəbdəbəli evi artıq satışa çıxarılıb.
Russosun övladları elit əmlaka görə 2 milyon avrodan artıq pul
qazanmağı düşünürlər.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Demis
Russosun ailəsi üçün aldığı malikanə Yunanıstanın paytaxtı Afina
şəhərinin nüfuzlu Ano Vula rayonunda yerləşir. Müğənninin həyat
yoldaşı və övladları vaxtlarının çox hissəsini məhz pəncərələri
Saronik körfəzinin gözəl mənzərəsinə açılan və ümumi sahəsi 400
kvadratmetr olan bu malikanədə keçirirdilər.
Artıq məlum olub ki, xarici görkəminə görə qədim fransız qəsrini
xatırladan bu elit malikanə bütün ev əşyaları ilə birgə satılır.
Binada bilyard otağı, çoxsaylı klassik üslublu mebellər, rəsmlər və
bir çox başqa qiymətli əşyalar var.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO