Ermənistanla İranın lavaş davası
Bizi izləyin

Dünya

Ermənistanla İranın lavaş davası

Ermənistanla İranın lavaş davası

İran Azərbaycan və Orta Asiya ölkələrini də Ermənistana qarşı mübarizəyə dəvət edib.


Məlum olduğu kimi `Lavaş` UNESCO–da Ermənistan adına qeydiyyata alınıb. Bu, İranda etirazlara səbəb olub. İranda tanınmış Ensklopediyaçı professor Əli Blukbaşı bildirib ki, lavaş İrana məxsus milli çörəkdir və Ermənistan da öncədən İranın bir tərkib hissəsi kimi bunu öz adına yazdıra bilməz.

Professor, 7 əsr öncə yaşamış ölkə şairi Nəzari Kuhistaninin şerlərində lavaş barədə atalar sözlərinin olduğunu qeyd edib.


O, həmçinin qeyd edib ki, bu çörək növü Azərbaycan və Orta Asiya ölkələrində də mövcuddur və Ermənistanın addımlarının qarşısının alınması üçün müvafiq orqanlar hərəkətə keçməlidirlər.

AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm