İti ölümdən xilas edən qəhrəman – FOTOLAR+VİDEO
Bizi izləyin

Dünya

İti ölümdən xilas edən qəhrəman – FOTOLAR+VİDEO

Rusiyada hər insan üçün örnək ola biləcək hadisə baş verib. Belə ki, İvan adlı bir şəxs buz bağlamış göldə boğulan iti xilas etmək üçün köməyə atılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı İvan üst köynəyini çıxararaq, çarəsiz heyvanı xilas edir. O, buz bağlamış gölməçəyə girib, buzları yarmaqla batmaqda olan itə yaxınlaşır və itdən yapışaraq onu sahilə tərəf aparır.

Verilən xəbərə görə, əvvəlcə İvan yolda avtomobili xarab olan sərnişinə kömək etmək üçün maşınını gölməçənin yanında saxlayıb. Bu zaman o, it zingiltsini eşidib.

İvan sahibsiz iti xilas etdikdən sonra onu öz himayəsinə götürüb. İvanın buzlu göldən iti xilas etməsi ilə bağlı video isə 130 min dəfədən çox izlənilib. Videonu izləyən insanlar İvana xilaskar və qəhrəman adı veriblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm