Poroşenkodan hərbi vəziyyət və səfərbərlik xəbərdarlığı
Bizi izləyin

Dünya

Poroşenkodan hərbi vəziyyət və səfərbərlik xəbərdarlığı

“Ukraynanın şərqində sülh olmasa ölkənin bütün ərazisində hərbi vəziyyət tətbiq ediləcək”.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Barışığın şərtləri düşmən tərəfindən pozulacağı halda, konkret addımlar atmaq lazımdır. Hələ Minsk görüşündən əvvəl Nazirlər Kabinetinin iclasında xəbərdarlıq etdim ki, sülh olmayacağı halda yalnız Donetsk və Luqansk deyil, bütün ölkə ərazisində hərbi vəziyyət tətbiq ediləcək. Çox ağır olsa da bunu etməli olacağıq”, - Poroşenko deyib.

Ukrayna prezidenti qeyd edib ki, barışığın şərtləri pozulacağı halda dərhal Ali Radaya daha yaxşı və effektiv səfərbərliyin həyata keçirilməsi barədə təkliflərini təqdim edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm