Rusiya BMT-ni təcili toplayır
Bizi izləyin

Dünya

Rusiya BMT-ni təcili toplayır

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın istəyi ilə fevralın 15-də Ukrayna ilə bağlı yeni qətnamənin qəbulu üçün təcili toplaşacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Frans Press" Agentliyi yayıb. Agentlik Minsk danışıqlarının alqışlandığı sənəddə tərəflərin götürdüyü öhdəlikləri tam şəkildə həyata keçirməyə çağırılmasının əks olunacağı bildirib. Qeyd edək ki, sənəd bütün ölkələr tərəfindən dəstəklənərsə, o, Ukrayna ilə bağlı BMT-nin qəbul etdiyi ilk sənəd olacaq. Belə ki, indiyə qədər Təhlükəsizlik Şurası 30 dəfə təcili toplansa da, hər dəfə Rusiyanın veto hüququndan istifadə etməsi nəticəsində Ukrayna ilə bağlı qətnamə qəbul edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm