“Saakaşvili Ukraynada məhrum edildiklərini alacaq”
Bizi izləyin

Dünya

“Saakaşvili Ukraynada məhrum edildiklərini alacaq”

“Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi təyin edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsindən gedəndən sonra ala bilmədiklərini Ukraynada alacaq”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri ukraynalı siyasi texnoloq Taras Berezoves Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi təyin edilməsini şərh edərkən deyib.

“Saakaşvili hazırda nəticəyə acdır. O, müvəqqəti sürgündə açıq-aydın hərəkətsiz qalıb. Sabiq prezident ölkəsindən gedəndən sonra mətbuatın diqqətindən məhrum olub. Amma Ukraynada mərhum edildiyi hər şeyi ala bilər”, - ukraynalı siyasi texnoloq “Facebook”dakı səhifəsində yazıb.

Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabrında Georgi Marqvelaşvili prezident seçildikdən sonra Gürcüstanı tərk edib. Gürcüstanın Baş prokurorluğu sabiq prezidentdə qarşı bir neçə cinayət maddəsi ilə ittiham irəli sürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm