• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsəlmanlar Putin adına məscid tikmək istəyir

  • Dünya
  • 15 Fevral 2015 03:50
  • 553 Baxış
Müsəlmanlar Putin adına məscid tikmək istəyir

Rusiyanın Birləşmiş İslam Konqresi Putinin adına məscid tikmək xahişiylə ölkə rəhbərliyinə və Moskva meri Serqey Sobyaninə müraciət edib.

Publika.az-ın məlumatına görə, Konqresin sədri Şövkət-Hacı Avyasovun imzası ilə edilən yazılı müraciətdə paytaxt Moskvada Putinin adına məscid inşa edilməsinə razılıq verilmsi xahiş olunur.

“Bu məscid əsrlər boyu bizim çoxmillətli vətənimizin xalqlarının arasında əlaqə olaraq qalsın", - müraciətdə deyilir.

Müraciətdə həmçinin Putinin prezidentlik səlahiyyətlərinin uzadılmasına ehtiyac olduğu bildirilir:

"Dünyada bu günkü mürəkkəb vəziyyəti nəzərə alaraq biz hesab edirik ki, Vladimir Putinin səlahiyyətlərinin uzadılması üçün qanunverici aktlar qəbul etmək lazımdır. Biz ölkənin bütün dinlərinin nümayəndələrinə bu həyəcanlı vaxtda öz aralarında bütün müzakirələri bir kənara qoyub, birləşməyə səsləyirik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR