İŞİD-in oğurladığı misirlilərin taleyindən xəbər yoxdu
Bizi izləyin

Dünya

İŞİD-in oğurladığı misirlilərin taleyindən xəbər yoxdu

İŞİD tərəfindən Liviyada oğurlanmış qibti məzhəbli 21 misirlinin taleyi hələ məlum deyil.

Publika.az-ın məlumatına görə, bu barədə Misirin Baş naziri İbrahim Məhləb bildirib. O deyib ki, bu insanların edam edilməsi barədə sübutlar yoxdur. Baş nazir vurğulayıb ki, hökumət oğurlanmış insanların hər birinin ailəsinə hər ay 1200 Misir funtu məbləğində müavinət ödəyəcək və onların pulsuz müalicəsi təmin olunacaq.

Qeyd edək ki, ölkə Prezidenti Əbdülfəttah əs-Sisinin göstərişinə əsasən yaradılmış hökumət komissiyası Liviyada oğurlanmış insanlarla bağlı vəziyyəti öyrənəcək. Misirin hakimiyyət orqanları hazırda Liviyada olan vətəndaşlarına bu ölkədən evakuasiya olunmaqda kömək təklif ediblər.

Misir Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Liviyaya getməməyi, hazırda orada olanlara isə vəziyyətin xüsusilə gərgin olduğu regionlardan uzaq olmağı tövsiyə edib.

Ekstremist İŞİD qruplaşmasının silahlıları dekabr-yanvar aylarında oğurlanmış misirli xristianların fotoşəkillərini internetdə yayıblar. Onların əynində tünd narıncı rəngli kombinezonlar var. Xatırladaq ki, ekstremistlər əsir götürdükləri insanları edam etməzdən əvvəl onlara bu cür paltar geyindirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm