Poroşenko əmr verdi: döyüş dayandırılır
Bizi izləyin

Dünya

Poroşenko əmr verdi: döyüş dayandırılır

Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin şərqində döyüşün dayandırılması barədə əmr verib.

Axar.az xəbər verir ki, Poroşenko Baş Qərargahda çıxışının gedişatında Ukraynanın şərqində dünya düzəninin qurulması prosesinin təhdidi altında olduğunu bildirib.

"Bu proses təhdid altındadır və mən bununla bağlı olaraq xəbərdarlıq edirdim",- deyə Poroşenko vurğulayıb.

Poroşenko qeyd edib ki, verilən sözə və öhdəliyə əməl edilir:

"Ukrayna həmişə öz üzərinə götürmüş beynəlxalq öhdəliklərin icrasına məsuliyyətlə yanaşıb. Silahlı Qüvvələr, Milli Qvardiya, Sərhəd Qoşunlarının bölmələri, Daxili İşlər Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti mənim əmrimi yerinə yetirəcək".

Qeyd edək ki, fevralın 12-də Minskdə Ukrayna problemi ilə bağlı “Normand dördlüyü” 14 saatlıq görüş nəticəsində razılaşma əldə edib. Razılaşmada fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəsin tətbiq olunacağı, ağır silahların geri çəkiləcəyi və təhlükəsizlik zonasının yaradılacağı nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm