"Obama müharibə istəyir"
Bizi izləyin

Dünya

"Obama müharibə istəyir"

“Əgər Rusiyayönümlü separatçılar Ukrayna ordusu üzərində üstünlük əldə etsə, Obama Donbasa hərbçilər göndərəcək və ABŞ birbaşa müharibəyə cəlb olunacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı politoloq Stiven Lendman çıxış edib. O, ABŞ-ın Ukraynanı daima silahlandırdığını bildirib: “Vaşinqton müharibənin başladığı gündən etibarən Ukrayna ordusunu silahla təmin edir. ABŞ həmişə Kiyevi silahlandırır. Ukrayna Hərbi Hava Qüvvələri də Ağ Ev sayəsində texnika ilə təchiz olunur. Vaşinqton Ukrayna ordusunu hazırlamaq üçün yüzlərlə hərbi ekspert göndərib. Obama sülh yox, müharibə istəyir. Donbas onun müharibəsidir. Kiyev amerikalı agentlərlə doludur. Onlar Ukraynanın şərqində mübarizənin hazırlanmasını və idarəsini həyata keçirirlər. Əgər Rusiyayönümlü separatçılar Ukrayna ordusu üzərində üstünlük əldə etsə, Obama Donbasa hərbçilər göndərəcək və ABŞ birbaşa müharibəyə cəlb olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm