İzi itirmək üçün meyitin əllərini kəsdi - FOTO, VİDEO
Bizi izləyin

Dünya

İzi itirmək üçün meyitin əllərini kəsdi - FOTO, VİDEO

Türkiyədə böyük səs-səda doğuran Özgəcan Aslan cinayətində qatillərin etirafları eşidənləri dəhşətə gətirib.

ANS PRESS-in məlumatına görə, 20 yaşlı qıza təcavüz etmək istəyən sürücü qızın cəsədini yandırmazdan əvvəl onun əllərini kəsib. Bunun səbəbini soruşanda isə bildirib ki, o, Özgəcana təcavüz etmək istəyəndə qız dırnaqları ilə onun üzünü cızıb. O da qızın əlində DNK izi qalmasın deyə, əllərini kəsib. Bundan başqa, məlum olub ki, evli və bir uşağı olan qatil qızı öldürəndən sonra köməyə öz atasını və dostunu çağırıb. 50 yaşlı atası və 20 yaşlı dostunun da köməyilə qızın cəsədini yandırıblar. Qatillər tutulan vaxt Özgəcan Aslanın dırnaq izləri hələ də sürücünün üzündə qalmışdı.

Hadisə bütün ölkədə böyük səs-küyə səbəb oldu. Etiraz etmək üçün minlərlə qadın küçəyə çıxıb. Dəfn edilərkən də tabutu qadınlar çiyinlərində daşıyıblar. Qızın dəfnində 5 mindən çox adam iştirak edib. Ölkənin bir çox tanınmış siyasətiçiləri, müğənni və aktyorları hadisəyə etiraz ediblər.

Mersində isə qatillərin məhkəmədə müdafiəsi üçün vəkil tapılmır. Belə ki, Mersin vəkillər kollegiyasının rəhbəri Alpay Antmen bildirib ki, Mersində heç bir vəkil qatilləri müdafiə etmək istəmir. Hüquq müdafiəçiləri də onların ən ağır şəkildə cəzalandırılmasını tələb edir. "Qatillər ən ağır cəzanı alacaqlar. İnsanlıqdan çıxmış insan surətindəki bu canavarları lənətləyirəm", - deyə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Bundan başqa, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi tvitter mikrobloqunda hisslərini bu cür ifadə edib: “Özgəcan Aslan balamıza Allahdan rəhmət və ailəsinə səbr diləyirəm. O qızın qətli kimi cinayətlərə edam cəzası verilməlidir. Bu müzakirə olunmalı və tətbiq edilməlidir”.

Xatırladaq ki, bir neçə gün əvvəl 20 yaşlı Özgəcan Aslan evə getmək üçün avtobusa minib. Qızın sonuncu müştəri olduğunu görən sürücü yolunu dəyişib və avtobusu səssiz bir yerə sürüb. O, burada qıza təcavüz etmək istəyib. Lakin bu zaman qız bibər qazını sürücünün gözünə sıxıb. Qəzəblənən sürücü qızı bıçaqlayıb. Daha sonra başından dəmirlə vuraraq öldürüb. Bundan sonra qızın əllərini kəsib və atası ilə dostunu çağıraraq tələbənin cəsədini yandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm