Futbolçu ordudan imtina etdi
Bizi izləyin

Dünya

Futbolçu ordudan imtina etdi

“Mən heç vaxt Ukraynanın şərqində döyüşə bilmərəm”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna ordusuna xidmətə çağırılan İtaliyanın “Yuventus” klubunun keçmiş futbolçusu və hazırda məşqçilik edən Aleksandr Zavarov çıxış edib. Luqanskda doğulan Zavarov Ukraynanın şərqində döyüşmək niyyətinin olmadığını bildirib: “Mən yalnız bir söz deyə bilərəm. Mən heç vaxt Ukraynanın şərqində döyüşə bilmərəm. Çünki orada mənim ailəm və uşaqlarım yaşayır. Orada mənim valideynlərim dəfn olunub. Mən sadəcə sülhün olmasını istəyirəm”.

Qeyd edək ki, Aleksandr Zavarov 1988-1990-cı illərdə İtaliyanın “Yuventus” klubunda forma geyinib. 1995-ci ildən isə məşqçilik karyerasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm