Nigeriyada intiharçı qadın 10 nəfəri öldürüb
Bizi izləyin

Dünya

Nigeriyada intiharçı qadın 10 nəfəri öldürüb

Nigeriyada qadın intiharçı üzərindəki bombanı insanlarla dolu avtobus dayanacağında partladaraq ən 10 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəb olub.

Publika.az-ın məlumatına görə, partlayış ölkənin şimal-şərqindəki Yobe ştatının Damaturu şəhərində baş verib. Rəsmiləri və şahidlər deyir ki, qadın bombanı partlatmamışdan əvvəl təhlükəsizlik yoxlama məntəqəsində keçməyə müvəffəq olub. Fransa xəbər agentliyinin məlumatına görə, qəzəbli kütlə qadının qalıqlarının xilasedicilər tərəfindən götürülməsinə icazə verməyərək, qalıqları yandırıblar.

Şahidlər deyir ki, hücum qurbanlarının əksəriyyəti avtobus dayanacağında satışla məşğul olan uşaqlar olub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməsə də, bu regionunda Nigeriyanın ekstremist qrupu Boko Haram artan sayda gənc qadından istifadə edərək hücumlar həyata keçirir. Qrup Nigeriya boyu şəriəy qanunları tətbiq etməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm