Texasda İslam Mərkəzi yandırılıb
Bizi izləyin

Dünya

Texasda İslam Mərkəzi yandırılıb

ABŞ-ın Texas ştatında İslam Mərkəzində yanğın olub.

Publika.az-ın məlumatına görə, hadisə zamanı mərkəzin bir hissəsi tamamilə yararsız hala düşüb. Təhqiqatçılar mərkəzin qəsdən, yoxsa təsadüf nəticəsində yandığını araşdırmağa çalışırlar.

Yanğın Hyuston şəhərində nəzdində məktəb və məscid olan Quba İslam İnstitutunda cümə günü səhər saatlarında başlayıb. Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Mərkəzin Facebook səhifəsində açıqladığı bəyanatda yanğının təsadüf olub-olmamasına dair təhqiqat aparıldığı bildirilib.

"Aydınlaşdıraq: istintaq gedir," deyə insitut bildirib: "Xahiş edirik, nifrət yaymayıb; Məhəmməd peyğəmbər kimi sevgi, tolerantlıq, harmoniya və ədalət yayın".

Mərkəz bildirib ki, yanğın yenilənmə işləri məqsədi ilə kompyuter və başqa təchizatların yığıldığı anbarda baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm