Məmur rüşvətə görə 19 il həbs cəzası aldı
Bizi izləyin

Dünya

Məmur rüşvətə görə 19 il həbs cəzası aldı

Şanxayın səhiyyə işləri və ailə planlanması üzrə komitənin keçmiş başçısı Xuan Fenpin korrupsiyada ittiham olunaraq 19 il azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şanxay şəhər məhkəməsinin qərarına görə, məmur 70 min yuan (11,2 min dollar) həcmində dövlət əmlakını mənimsəməkdə ittiham olunub. Xuan Fenpin həmçinin, 3,1 milyon yuan (496 min dollar) həcmində rüşvət alıb.

Xuan Fenpinin korrupsiya ilə bağlı tədqiqatları 2013-cü ildən başlayıb. O, “ciddi qanun və partiya intizamı pozuntusuna” görə 2014-cü ildə Çinin milli siyasi məsləhət şurasından çıxarılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm