Misir Liviyanı bombaladı
Bizi izləyin

Dünya

Misir Liviyanı bombaladı

Misir aviasiyası Liviyaya aviazərbələr endirib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Misir qırıcıları “İslam dövləti” (İŞİD) terror qruplaşmasına aid olan obyektləri – təlim düşərgələri, poliqonlar və Misir sərhədi yaxınlığındakı silah anbarlarını bombalayıb.

Aviazərbələrin İŞİD terror qruplaşmasının Liviyada girov götürdüyü 21 xristian misirlini qətlə yetirməsinə cavab olduğu bildirilir.

Qeyd edək ki, silahlılar Liviyaya qazanc dalınca gəlmiş misirliləri yanvarın əvvəllərində Sirt şəhəri yaxınlığında (Tripolidən 600 km şərqdə) girov götürüb. Edam görüntüləri 3 gün əvvəl yayılıb. Edamın nə vaxt həyata keçirildiyi məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm