Debaltsevoda milis şöbəsi dağıdıldı
Bizi izləyin

Dünya

Debaltsevoda milis şöbəsi dağıdıldı

Separatçı qüvvələr Debaltsevo şəhərini güclü artilleriya atəşinə tutub. Nəticədə şəhərin milis şöbəsi dağıdılıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə rəhbəri Vyaçeslav Abroskin bildirib.

Məlumatda ölən və yaralıların olmadığı deyilir.

Qeyd edək ki, fevralın 15-i saat 00:00-dan Donbas hövzəsində atəşkəs qüvvəyə minib. Lakin Donetsk vilayətinin Debaltsevo rayonunda döyüşlər davam edir. “Donetsk Xalq Respublikası” separatçı qurumundan bildiriblər ki, Ukrayna hərbçilərinin mühasirədən çıxmaq cəhdləri Minsk razılaşmalarının pozulması kimi qiymətləndiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm