• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əhmədinejadın sağ əli həbsə atıldı

  • Dünya
  • 16 Fevral 2015 15:25
  • 364 Baxış
Əhmədinejadın sağ əli həbsə atıldı

İranın keçmiş prezidenti Mahmud Əhmedinejad dövründə prezidentin birinci köməkçisi olan Məhəmməd Rza Rəhimi 5 il azadlıqdan məhrum edilib.

Publika.az “Fars” informasiya agentliyinə istinadən xəbər verir ki, dünən polislər tərəfindən evindən götürülən Rəhimi paytaxt Tehrandakı Evin həbsxanasına aparılıb.

Qeyri-qanuni yollarla sərvət qazanmaqda ittiham olunan Məhəmməd Rza Rəhimi yerli məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilimişdi. Ali Məhkəmə isə cəzanı 5 ilə endirib. Əhmədinejadın keçmiş köməkçisi həmçinin 800 min dollar təzminat ödəyəcək.

Bir zamanlar sui-istifadələrlə mübarizə təşkilatına başçılıq edən Rəhimi prezident Əhmedinejaddan şərəf medalı da almışdı. Rəhimi İran tarixində azadlıqdan məhrum edilən ən yüksək rütbəli səlahiyyətli olub.

Keçmiş köməkçisinin həbsxanaya göndərilməsinin Mahmud Əhmədinejada təsirsiz ötüşməyəcəyi deyilir. Xatırladaq ki, keçmiş prezident bu ayın əvvəlində yenidən siyasətə dönəcəyi barədə siqnal verib. İranda iki müddət prezidentlik edən və hakimiyyətdən gedəndən bəri susqun olan Əhmədinejad dünən internet saytını aktiv vəziyyətə gətirib. “Ahmadinejad.ir” adı ilə fəaliyyət göstərən internet saytında Əhmədinejadın şəklinin üzərinə böyük şriftlə “yaxında gəlirik” ifadəsi yazılıb.

Keçmiş prezidentin şəxsən idarə edəcəyi sayt üçün 45 nəfərlik heyət formalaşdırılıb. Heyətdə təmsil olunanların bir çoxu Əhmədinejad iqtidarında təmsil olunan şəxslərdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR