Separatçılardan Ukrayna ordusu üçün dəhliz, amma...
Bizi izləyin

Dünya

Separatçılardan Ukrayna ordusu üçün dəhliz, amma...

“Donetsk Xalq Respublikası” (“DXR”) Donetsk vilayətinin Debaltsevo rayonunda mühasirədə olan Ukrayna hərbçilərinə mühasirədən çıxmaq üçün dəhliz təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “DXR”in nümayəndəsi Denis Puşilin deyib.

Amma separatçıların bunun üçün şərti var. Deniş Puşilin bildirib ki, Ukrayna hərbi qulluqçuları silah və texnikasız mühasirədən çıxa bilər.

“DXR” nümayəndəsi Debaltsevoda 6-8 min hərbi qulluqçusunun olduğunu bildirib. Denis Puşilin Debaltsevo döyüşlərinin getdiyini təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm