Sarkisyan Türkiyə-Ermənistan protokollarını “dəfn” etdi – “DOSTLUQ” BİTDİ!
Bizi izləyin

Dünya

Sarkisyan Türkiyə-Ermənistan protokollarını “dəfn” etdi – “DOSTLUQ” BİTDİ!

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarını parlamentdən geri çağırıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan bununla bağlı parlament sədri Qalust Saakyana məktubla müraciət edib.

“İlkin şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlayanda hadisələrin inkişafının bütün mümkün variantlarını tamamilə təsəvvür edirdik. Biz protokolların təsdiqi yolu ilə münasibətlərin hərtərəfli normallaşmasına, həm də onların müvəffəqiyyətsizliyə uğrayacağına hazır idik. Heç nə gizlətmək lazım deyil. Beynəlxalq cəmiyyətə aydın oldu ki, konkret olaraq hansı tərəfin günahı üzündən bağlı sərhədləri açmaq mümkün olmadı. Ermənistan-Türkiyə protokollarının imzalanmasından, demək olar ki, 6 il keçib. Bütün bu vaxt ərzində Ermənistan həmişə protokolların reallaşdırılması məsələsində ardıcıl mövqeyə tərəfdar olub. Ancaq Türkiyə hakimiyyətində siyasi iradənin olmamasını qeyd etmək lazımdır”, - Sarkisyanın parlamentə göndərdiyi məktubda deyilir.

Qeyd edək ki, Türkiyə-Ermənistan protokolları 10 oktyabr 2009-cu ildə Sürixdə imzalanıb. Ankara protokolların Türkiyə Böyük Millət Məclisində təsdiq olunması üçün işğal altında olan Azərbaycan torpaqların azad edilməsini şərt olaraq irəli sürür. İrəvan isə protokollarda belə bir şərtin olmadığını bildirir.

2009-cu ilin dekabrında Türkiyənin baş naziri (indiki prezident) Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ankara Dağlıq Qarabağ münaqişəsi həll olmadan protokolları təsdiqləməyəcək. 2010-cu ilin aprelində isə Sarkisyan protokolların təsdiqi prosesinin dayandırılması haqqında fərman imzalayıb və bildirib ki, Türkiyə başlanmış prosesi davam etdirməyə hazır deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm