Donetsk aeroportunda əlləri bağlı hərbçilər aşkarlandı – VİDEO
Bizi izləyin

Dünya

Donetsk aeroportunda əlləri bağlı hərbçilər aşkarlandı – VİDEO

Böyük Britaniyanın “Channel 4 News” telekanalının jurnalisti Aleks Tompson Donetsk aeroportundan son görüntüləri yayımlayıb.

Publika.az xəbər verir ki, görüntülərdə əlləri bağlı olan iki Ukrayna əsgərinin cəsədi görünür.

Tompsonun sözlərinə görə, separatçıların nümayəndələri onu aeroporta dəvət ediblər. Britaniyalı jurnalist həmçinin bildirib ki, yandırılmış hərbi texnikanın yanında yerdə olan iki hərbçidən başqa 4 ukraynalı hərbçinin cəsədini görüb.

Britaniyalı jurnalist qeyd edib ki, əsgərlərin əllərinin ölümündən əvvəl, yaxud da sonra bağlandığını bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm