İslam İnstitutu yanarkən “Qoy yansın” deyə “tvit” atdı
Bizi izləyin

Dünya

İslam İnstitutu yanarkən “Qoy yansın” deyə “tvit” atdı

ABŞ-ın Hyuston şəhərində şənbə günü Kuba İslam İnstitutunda yanğın zamanı bir yanğınsöndürənin attığı “tvit” qalmaqal yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında Dustin Herron adlı yanğınsöndürənin “Ooy, yansın” şəklində “tvit atdığı ortaya çıxıb.

Dustin Herron Könüllü Xilasetmə Departamentində könüllü olaraq çalışır. O, sərt reaksiyalara baxmayaraq, atdığı “tvit” barədə şərh verməyib.

Kuba İslam İnstitutundakı imamın oğlu Ahsan Zahid binanın benzin tökülərək yandırıldığını söyləyib. Təhsil müəssisəsindəki müəllimlər də bir həftə əvvəl məktəbin ətrafında maskalı bir şəxsi gördüklərini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm