Dünya
“Debaltsevo əvəzinə sağ qalmaq”
Separatçılar Ukrayna hərbçilərinə Debaltsevo əvəzində dəhliz verməyi təklif edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbərlərindən biri olan Eduard Basurin bildirib.
Ukrayna hərbçiləri isə Debaltsevoya nəzarət etdiklərini və belə bir təklifə baxmadıqlarını bildirib. Separatçıların bəyanatına cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Vladislav Seleznyov “Reuters” agentliyinə açıqlamasında Minsk razılaşmasına uyğun olaraq şəhərin Ukrayna hakimiyyətinin nəzarəti altında qaldığını və şəhərini tərk etmək niyyətində olmadığını deyib.
Separatçılar xeyli vaxtdır ki, Debaltsevoda bir neçə min Ukrayna hərbçisisinin mühasirəyə alındığını iddia edir. Ukrayna tərəfi isə bunu təkzib edir.
Ömər Dağlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO