Ukrayna məsələsi yenidən müzakirə olundu
Bizi izləyin

Dünya

Ukrayna məsələsi yenidən müzakirə olundu

“Normand dördlüyü” liderləri arasında Şərqi Ukraynadakı son durumla bağlı telefon danışığı olub.

Publika.az-ın məlumatına görə, danışıqlarda Vladimir Putin, Pyotr Poroşenko və Anqela Merkel işirak edib. Naməlum səbəbdən Fransa prezidenti Fransua Olland müzakirələrə qatılmayıb.

Putinin mətbuat xidməti danışıqlarda Minsk sazişinə əməl olunması və atəşkəsin davam etdirilməsnin müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, BMT-nin hesabatına əsasən, Ukraynada münaqişənin başlandığı gündən bəri 5600-dən çox insan həlak olub. Uzun danışıqlardan sonra Ukraynanın cənub-şərqində atəşin dayandırılması haqqında saziş fevralın 15-də Kiyev vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) qüvvəyə minib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm