Yaponiyada 6,9 bal gücündə zəlzələ olub
Bizi izləyin

Dünya

Yaponiyada 6,9 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində 6,9 bal gücündə zəlzələ olub.

Publika.az-ın məlumatına görə, yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra ölkədə Sunami təhlükəsi elan olunub.

Sahilboyu qəsəbələrdə yaşayanlardan evlərini tərk etmələri tövsiyə olunub. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm