Atəşkəsdən sonra 5 hərbi qulluqçu həlak olub
Bizi izləyin

Dünya

Atəşkəsdən sonra 5 hərbi qulluqçu həlak olub

Atəşkəs elan olunduğu gündən Ukraynanın şərqində 5 hərbi qulluqçu həlak olub, 25 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, bu barədə rəsmi Kiyev açıqlama verib. Məlumata görə, atəşkəs rejimi qüvvəyə minəndən sonra separatçılar 129 dəfə ukraynalı əsgələrin mövgeyinə hücum ediblər. Debaltsevo şəhəri və ətraf ərazilərə 88 atəş zərbəsi endirilib.

Ukrayna ordusunun mətbuat mərkəzi Debaltsevo istiqamətində əvvəlki günlərlə müqayisədə atəşin intensivliyinin hətta atrtdığını da qeyd edib. Rəsmi Kiyev Ukrayna ordusunun yalnız cavab atəşi açdığını qeyd edib. Sepoaratçılar isə atəşkəsin pozulmasına görə ukraynalı hərbçiləri ittiham ediblər.

Bu arada, Ukrayna Ali Radasının deputatı Semen Semençenko rəhbərlik etdiyi "Donbass" batalyonun könüllü üzvlərinin Mariupol şəhəri yaxınlığında separatçıların hücumuna məriz qaldıqlarını bildirib. Onun sözlərinə görə, atəşkəsdən sonra batalyonun 3 döyüşçüsü həlak olub, 9 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm