İŞİD 120 gənci qaçırdı
Bizi izləyin

Dünya

İŞİD 120 gənci qaçırdı

“İslam dövləti” (İŞİD) terror təşkilatı İraqın paytaxtı Bağdadın 160 kilometr şimali-şərqində yerləşən Tikrit mahalında 120 vətəndaşı qaçırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səlahəddin vilayətinin Məclis sədri Mervan Naci bildirib.

Onun sözlərinə görə, terror təşkilatı Tikritin şərqindəki Rubeyda kəndinə etdiyi hücumda əl-Abid və əl-Mesare tayfalarından 120 gənci qaçırıb. İraq təhlükəsizlik güclərini qaçırılan vətəndaşların xilas edilməsi üçün dərhal hərəkətə keçməyə çağıran Naci əl-Cuburi, Elbu Nemr və Elbu Fahd tayfalarına qarşı törədilən qətliamların təkrarlana biləcəyindən narahatlığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm