Prokurordan müxalifətçi qardaşlara yeni cəza tələbi – İTTİHAM
Bizi izləyin

Dünya

Prokurordan müxalifətçi qardaşlara yeni cəza tələbi – İTTİHAM

Rusiya Baş prokurorluğu müxalifətçi Aleksey Navalnının “İv Roşe” işi üzrə 10 il azadlıqdan məhrum edilməsini tələb edir.

Publika.az xəbər verir ki, RİA xəbər agentliyinə bu barədə prokurorluğun nümayəndəsi bildirib.

Prokurorluq müxalifətçinin qardaşı Oleq Navalnının isə səkkiz il azadlıqdan məhrum edilməsini xahiş edib. Qeyd olunur ki, məhkəmə qardaşların hərəkətlərini yanlış tövsif edib və onlara çox yumşaq cəza verib.

Qardaşlar isə onlara bəraət verilməsini tələb edir. Onlar iddia edirlər ki, məhkəmə prosesi çoxsaylı pozuntularla keçib.

Xatırladaq ki, Moskvanın Zamoskvoretski rayon məhkəməsi 2014-cü il dekabrın 30-da Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı barəsində “İv Roşe" işi üzrə hökmünü elan edib. Məhkəmənin hökmünə əsasən, Aleksey Navalnı 3,5 il şərti cəza alıb, Oleq Navalnı isə 3,5 il azadlıqdan məhrum edilib. Şərti cəzadan başqa Navalnı 500 min rubl məbləğində cərimə ödəməlidir. Məhkəmə Aleksey və Oleqi “İv Roşe” şirkətinin pulunu oğurlamaqda təqsirli hesab edib.

Aleksey Navalnı isə onun barəsində çıxarılan məhkəmə hökmünü yerinə yetirməkdən bir neçə dəfə imtina edib. Müxalifətçi hətta bir dəfə mətbəx qayçısının köməyi ilə elektron qolbağı aça bilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm