Gürcüstan Kiyevdən Saakaşvilinin ekstradisiyasını tələb etdi
Bizi izləyin

Dünya

Gürcüstan Kiyevdən Saakaşvilinin ekstradisiyasını tələb etdi

Gürcüstanın Baş prokurorluğu ölkə ərazisində axtarışda olan şəxslərin, xüsusilə sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyasını Ukraynadan xahiş edib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş prokurorluğun bəyanatında deyilir.

“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və sabiq ədliyyə naziri Zurab Adeişviliyə qarşı cinayət ittihamları irəli sürülüb və onlar axtarışdadır. Alınmış informasiyaya əsasən, adıçəkilən şəxslər Ukraynanın ərazisindədir. Gürcüstanın Baş prokurorluğu həmin şəxslərin tutulması və ekstradisiyasını Ukraynadan xahiş edib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Mixail Saakaşvili bu günlərdə Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi təyin edilib. Zurab Adeişvili isə Gürcüstan vətəndaşı David Sakvarelidze başçılıq etdiyi Ukrayna Antikorrupsiya Bürosunun sədr müavini postunu tutur. Mixail Saakaşvili isə Ukrayna Antikorrupsiya Bürosuna rəhbərlik etməklə bağlı aldığı təklifi qəbul etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm