“Batalyon sonunu gözləyir” – Debaltsevoda “cəhənnəm” yaşanır
Bizi izləyin

Dünya

“Batalyon sonunu gözləyir” – Debaltsevoda “cəhənnəm” yaşanır

Ukraynanın “Krivbass” batalyonunun hərbi qulluqçuları, demək olar ki, tam mühasirədədir. Batalyon Baş qərargah və ya ATƏT-in nümayəndələrindən kömək gözləyir”.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə batalyon komandirinin müavini Yuri Sinkovski bildirib.

“Vəziyyət kirtikdir. Uşaqlar praktik olaraq tam mühasirədədir. Döyüşlər gedir, əsirlər var, yollar minalanıb. Amma hamı oturub baxır, batalyonun sonunu gözləyir”, - polkovnik Sinkovski deyib.

Onun məlumatlarına görə, döyüşlər batalyonun əlindəki bütün dayaq məntəqələrində gedir: “Uşaqlar mövqelərini vermirlər, qəhrəmancasına müdafiə olunurlar, amma döyüş sursatları əbədi deyil. Ərzaqlar praktik olaraq yoxdur. Mənəvi ruh zəifləyir, batalyonu sındırırlar. Uşaqlar geri çəkilməyə və təslim olmağa hazırlaşmırlar. Amma güclər qeyri-bərabərdir”.

Ukrayna antiterror qüvvələrinin sözçüsü Andrey Lısenko isə “Krivbas” batalyonu ilə bağlı informasiyalarının olmadığını qeyd edib.

Son məlumatlara görə, Debaltasevoda 300-ə qədər Ukrayna hərbçisi separatçılara əsir düşüb. Bu barədə “İnterfaks” agentliyinə “Donetsk Xalq Respublikası” separatçı qurumdan bildiriblər: “Əsirlər üzrə real rəqəm hazırda 300 nəfərdir. Bu proses daimidir, çünki şəhərin təmizləməsi davam edir. Biz Ukrayna hərbçilərini tapırıq və onlar təslim olmaqda davam edirlər”.

Separatçıların sözügedən informasiyası da Ukrayna anti-terror qərargahı tərəfindən təkzib edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm