Dünya
Kiyev “digər ssenarilərə qayıdış” xəbərdarlığı etdi
“Rusiya Federasiyası və onun tərəfindən dəstəklənən “LXR” ilə “DXR”in quldur dəstələləri atəşin dayandırılması haqqında Minsk razılaşmalarını yerinə yetirmirlər. Buna görə də sülhə ümid getdikcə azalır”.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın prezident administrasiyasının başçısının müavini Valeri Çalıy bildirib.
Ukrayna rəsmisi hadisələrin digər ssenarilərə qayıdışını da istisna etməyib: “Biz Minsk danışıqlarının iştirakçılarına - Almaniya, Fransa, Rusiya, həmçinin Avropa Birliyi və NATO ölkələrinə müraciət edirik. Vəziyyətin gərginləşməsi yalnız Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini deyil, həm də Avropanın təhlükəsizliyini hədələyir. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini Minsk razılaşmalarının pozulmasına imkan verməməyə çağırırıq”.
Qeyd edək ki, fevralın 12-də “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Fransa və Almaniya) Minskdə keçirilən toplantısında fevralın 15-dən atəşkəs rejiminin tətbiq olunması barədə razılıq əldə olunub. Lakin cəbhənin digər istiqamətlərindən fərqli olaraq, Donetsk vilayətinin Debaltasevo rayonunda döyüşlərə fasilə verilməyib. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Ömər Dağlı
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ