Kişilər üçün elektron qandallar
Bizi izləyin

Dünya

Kişilər üçün elektron qandallar

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslanın zorlanaraq öldürülməsi hökuməti qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində konkret addımlar atmağa məcbur edib. Türkiyə parlamenti “Ailənin qorunması” və “Qadına qarşı təzyiqin qarşısının alınması”na aid qanuna əlavə və dəyişikliklər edilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün elektronik qandallardan istifadə ediləcək.

Türkiyə ailə və sosial siyasət naziri Ayşenur İslam ölkə parlamentində etdiyi çıxışında qadınlara qarşı zorakılığın qarşısının alınması üçün görüləcək yeni tədbirlərdən danışıb. Onun sözlərinə görə, elektronik qandallardan istifadə zərər çəkənlərin qorunmasında ən təsirli elektronik sistemdir. Nazir bu sistemdən Ədliyyə Nazirliyi tərəfindən müvəffəqiyyətlə istifadə olunduğunu deyib.

Ayşenur İslam elektronik qandalların istifadə olunması üçün Daxili İşlər və Ədliyyə Nazirliyi ilə əməkdaşlıq etmək barədə razılığa gəldiklərini qeyd edib. O, 2015-ci ilin mart ayında Ankara və İzmir vilayətlərində elektronik qandalların sınaqdan keçiriləcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm