Putin - sifəti qıpqırmızı qızarmış "qəzəbli..." - FOTO
Bizi izləyin

Dünya

Putin - sifəti qıpqırmızı qızarmış "qəzəbli..." - FOTO

Avstraliya Xarici İşlər naziri Culie Bişop “BuzzFeed” əyləncə-xəbər portalına qeyri-adi müsahibə verib.

Publika.az-ın məlumatına görə, müsahibəni qeydi-adi edən nazirin portalın bütün suallarına smaylik və sms yazışmasında işlənən digər işarələrlə cavab verməsində olub. Bu müsahibə gedişində məlum olub kı, Avstraliya XİN başçısı Rusiya prezidenti Vladimir Putini sifəti qıp-qırmızı qızarmış "qəzəbli" smayliklə eyniləşdirir.

Avstraliyanın Çin və ABŞ ilə münasibətlərini necə qiymətləndirdiyi sualını isə Culie Bişop sifətində "bəyənmə" ifadəsi olan smayliklə cavablandırıb. LQBT nikahlarına münasibət barədə suala Avstraliya XİN başçısı "ikiəlli dəstək" işarəli smayliklə cavab verib.

Müsahibə 58 yaşlı siyasətçinin qaçmağı və rəqs etməyi xoşladığını aşkar edib. Ev heyvanlarından Bişop pişiklərə üstünlük verir, özünə ən yaxın heyvanın isə meymun olduğunu düşünür.

Avstraliyanın baş naziri Tonny Ebbotu isə nazir Culie Bişop "qaçış adamı" adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm