“Onların hamısının +18 görüntüləri var” – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

“Onların hamısının +18 görüntüləri var” – ŞOK FAKTLAR

“Twitter”də “fuatavni” hesabını idarə edən Emer Uslu “Kotilaji” adlı istifadəçi ilə söhbətində şok faktları açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Emer Uslu “CHP bizə niyə bu qədər bağlıdır” sualını “Kılıcdaroğlu da daxil CHP-nin 45 təmsilçisinin 18+ məzmunlu kaseti var. Kasetlər Hocaəfəndinin əlindədir” deyə cavablandırıb.

Yazışma 30 mart 2014-cü il bələdiyyə seçkiləri öncəsinə - fevral ayına aiddir. Emer Uslu Fəthullah Gülənin bu kasetlər vasitəsilə CHP-də tarazlıqları dəyişdirə biləcəyini söyləyib. O, kasetləri internetdə saxlayan kompüter mütəxəssislərinin dünyada ən yaxşılarından olduğunu bildirib.

Emer Uslu Gülənin böyük ehtimalla Kanadaya, ya da İsrailə köçəcəyini deyib.

Yazışma keçmiş AKP-çi, Gülənə yaxınlığı ilə tanınan millət vəkili Hakan Şükürlə bağlı da şok bir iddia səsləndirilib. “Onunla da əlaqədar əlimizdə sənədlər var, bizi satsa, cəzasını alar”, - Uslu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm