Poroşenkoya qarşı “cinayət işi” qaldırıldı
Bizi izləyin

Dünya

Poroşenkoya qarşı “cinayət işi” qaldırıldı

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “baş prokurorluğu” Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yasenyuk və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinova qarşı “cinayət işi” qaldırıb.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Donetsk” agentliyi bildirib.

“Baş prokurorluq”da bildirirlər ki, "DXR” və “LXR”in əhalisinin iradəsi ilə razılaşmayan Ukraynanın rəhbərliyi “respublikalar”ın ərazisinə qanunsuz quldur dəstələri və cəza batalyonlarının müdaxiləsini təşkil edib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti 2014-cü ilin aprelində Donbas hövzəsində anti-terror əməliyyatlarına başlayıb. BMT-nin məlumatına görə, hərbi əməliyyatların gedişatında indiyə kimi 5358 nəfər ölüb, 12235-dən çox insan yaralanıb. Amma Almaniya kəşfiyyatındakı mənbəyə istinadən bu ölkənin KİV-i münaqişədə ölənlərin sayının 50 min olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm