Rusiya ordusunun komandanı separatçılar arasında – ŞOK VİDEO/FOTOFAKT
Bizi izləyin

Dünya

Rusiya ordusunun komandanı separatçılar arasında – ŞOK VİDEO/FOTOFAKT

Donetsk vilayətinin Debaltsevo rayonu ərazisində gedən döyüşlərdə separatçılara başçılıq edənlər arasında Rusiya Quru Qoşunlarının komandanının müavini general-leytenant Aleksandr Lensov da var.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, Rusiya KİV-nin çəkdiyi görüntülərdə Rusiya general-leytenantı Lensov da yer alıb.

O, separatçıların internet-resursunda “LXR xalq milis bölməsinin komandiri” kimi göstərilir. Lensov videoda Rusiya jurnalistlərinə danışır ki, mühasirəyə düşən Ukrayna hərbi qulluqçuları təslim olurlar. Amma Lensovun hərbi formasında Rusiya ordusuna məxsus heç bir simvol yoxdur. O, digər döyüşçülər kimi adi geyimdədir.

Lensov 12 dəqiqə 40 saniyəlik videonun 10-cu dəqiqəsində görünür.

Ukrayna KİV-nin yazdığına görə, Lensov Donbas hövzəsinə hələ ötən ilin 26 sentyabr tarixində gəlib. O, guya Minsk razılaşmalarının reallaşdırılmasını təmin etməli idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm