• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinə start verildi - ŞƏRT

  • Dünya
  • 18 Fevral 2015 18:10
  • 510 Baxış
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinə start verildi - ŞƏRT

“Əgər xalq istəyərsə, Cənubi Osetiya Rusiyanın ərazisinin bir hissəsi ola bilər”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Osetiya separatçı qurumun “xarici işlər naziri” David Sanakoyev Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Lakin onun sözlərinə görə, “respublika”nın hazırda Rusiya ilə birləşməsindən söhbət getmir.

“Cənubi Osetiya və Rusiyanın münasibətlərinin sonrakı inkişaf yolunu ölkəmizin xalqı müəyyən edəcək. Əgər Rusiya Federasiyasına birləşmə haqqında arzu ifadə olunarsa, müvafiq prosedurlar həyata keçiriləcək”, -Sanakoyev qeyd edib.

Qeyd edək ki, bu gün David Sanakoyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət sərhədi haqqında müqaviləni imzalayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR