Obamanın yeni bəhanəsi - VİDEO
Bizi izləyin

Dünya

Obamanın yeni bəhanəsi - VİDEO

Debaltsevo ABŞ üçün Kiyevə silah satışı məsələsində bir bəhanədir.

ANS TV-nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın vitse-prezidenti Co Baydenin Moskvaya qarşı yeni sanksiyalarla bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

“Debaltsevo bir bəhanədir. Bir daha təkrar edirəm. Biz hələ fevralın 11-də bu problemin tənzimlənməsinin vacibliyinə işarə vermişdik. Bizə dedilər ki, problemin həlli yoxdur. Amma görünür, var imiş. Mən Co Baydenin bəyanatını Vaşinqtonun növbəti qeyri-konstruktiv yanaşması kimi qəbul edərdim. Çox ümid edirəm ki, sağlam düşüncə üstün gələcək və birinci yerə mühasirədə olan insanların həyatını xilas etmək vəzifəsi qoyulacaq”, – deyə Sergey Lavrov bildirib.

Sergey Lavrov həmçinin bildirib ki, Rusiya, Debaltsevo da daxil olmaqla, bütün şərqi Ukraynada atəşkəsə riayət olunmasına dair razılaşmanın yerinə yetirilməsini vacib sayır. Qərb diplomatları Ukraynadakı vəziyyəti tənzimləmək əvəzinə, pisləşdirməməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm