Kiyev 22, separatçılar isə 2-3 min deyir – Şok iddia
Bizi izləyin

Dünya

Kiyev 22, separatçılar isə 2-3 min deyir – Şok iddia

Ukrayna Baş qərargahı Debaltsevoda verilən itkiləri açıqlayıb.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, Ukrayna Baş qərargahının rəsi müavini Gennadi Voroboy 22 hərbi qulluqçunun öldüyünü, 150-dən çoxunun yaralandığını bildirib.

Ölkənin prezidenti Pyotr Poroşenkonun rəhbərliyi altında keçirilən müşavirədə çıxış edən Voroboy hərbi qulluqçulardan 6-nın Debaltsevodan çıxarkən öldüyünü deyib. O, həmçinin Debaltsevodan 2459 hərbi qulluqçunun çıxarıldığını qeyd edib.

Öz növbəsində, “Donetsk Xalq Respublikası”nın “Müdafiə Nazirliyi” Debaltsevodakı mühasirədə Ukraynanın 2-3 min hərbi qulluqçunun öldüyünü açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm