Tiflis Moskva qarşısında ağ bayraq qaldırdı
Bizi izləyin

Dünya

Tiflis Moskva qarşısında ağ bayraq qaldırdı

“NATO-nun Gürcüstanla əməkdaşlığı alyansın hərbi infrastrukturunun Gürcüstanda yerləşdirilməsinə gətirib çıxarmayacaq”.

Publika.az “Qruzia Online” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Gürcüstan müstəqil dövlət kimi istənilən beynəlxalq təşkilatla, o cümlədən NATO ilə əməkdaşlıq etmək hüququna malikdir. Lakin bu əməkdaşlıq NATO-nun hərbi infrastrukturunun Gürcüstanda yerləşdirilməsinə yönəlməyib. Gürcüstan ölkənin və regionun təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyır və regionun təhlükəsizliyinə hər hansı zərər vura biləcək addımlara təşəbbüs etməyəcək”, - hökumət başçısının xüsusi nümayəndəsi deyib.

Zurab Abaşidzenin sözlərinə görə, Gürcüstan yaxın vaxtlarda NATO-ya qoşulmaq niyyətində deyil: “Hamıya məlumdur ki, Gürcüstanın NATO-ya girişi bu gün və sabah gündəlikdə deyil”.

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanın NATO-ya üzvlüyünün Cənubi Qafqazda sabitliyə zərər vuracağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm