Donetskdə “prezident administrasiyası”nın başçısının oğlu tutuldu
Bizi izləyin

Dünya

Donetskdə “prezident administrasiyası”nın başçısının oğlu tutuldu

Separatçılar Donetsk vilayətində Cənubi Osetiyanın “prezident administrasiyası”nın başçısının oğlu Sarmat Çoçiyevi tutublar.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib.

Məlumata görə, o, “Donetsk Xalq Respublikası” terror təşkilatının rəhbərliyinin göstərişlərinə itaətsizlik etməkdə günahlandırılır. “Prezident administrasiyası”nın başçısının oğlu Cənubi Osetiyanın Donetskdə saxlanılan tək sakini deyil. Sarmat Çoçiyevdən başqa, Azamat Qabarayev, İvan Karsanov, Alan Cioyev və Dmitri Kozonov saxlanılıb.

Dmitri Tımçukun sözlərinə görə, Cənubi Osetiya sakinləri Donbasda quldur dəstələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm