• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Separatçılardan şok iddia: “Ukrayna 3500 hərbçisini itirdi, anaları dəvət edirik...”

  • Dünya
  • 19 Fevral 2015 15:08
  • 1 409 Baxış
Separatçılardan şok iddia: “Ukrayna 3500 hərbçisini itirdi, anaları dəvət edirik...”

“Donetsk Xalq Respublikasının qoşunu Debaltsevoda təmizləməni başa çatdırıb”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” Aleksandr Zaxarçenko bildirib.

Separatçıların lideri Ukrayna ordusunun Debaltsevoda bütovlükdə 3-3,5 min hərbi qulluqçunu itirdiyini deyib.

“Təəssüf ki, Ukrayna hakimiyyəti təslim olmaq barədə tələblərimizi qəbul etmədi. Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən 3-3,5 min qiymətləndirilir. Qoy Kiyev öz öldürülən döyüşçülərinin cəsədlərini aparsın. Biz valideynləri və anaları dəvət edirik ki, öz hərbçilərini götürsünlər”, - Zaxarçenko vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hərbi qulluqçuları Debaltsevonu böyük miqdarda döyüş sursatları qoyaraq tərk ediblər.

Dünən isə Ukrayna Baş qərargahının rəis müavini Gennadi Voroboy Debaltsevoda 22 hərbi qulluqçunun öldüyünü, 150-dən çoxunun yaralandığını bildirib. Prezident Pyotr Poroşenko isə Ukrayna hərbçilərinin əllərində olan bütün hərbi texnika və döyüş sursatları ilə Debaltsevonu tərk etdiyini deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR