Türkiyə NATO-dan ayrı HHM sistemi yaradır – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə NATO-dan ayrı HHM sistemi yaradır – FOTOLAR

Türkiyənin müdafiə naziri İsmət Yılmaz ölkəsinin yeni hava müdafiə raketləri sistemi layihəsi hazırladığını bəyan edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İ.Yılmaz deyib ki, yeni sistem Türkiyənin müdafiəsi üçün milli sistemlərə inteqrasiya ediləcək və NATO-ya qoşulmadan istifadə olunacaq.

CHP-nin İzmirdən seçilmiş deputatı Aytun Çırayın yazılı müraciətinə cavab verən İ.Yılmaz hava hücumundan müdafiə sistemi ilə bağlı layihədə NATO-ya üzv ölkələrin texnologiyasından da istifadə olunması və bununla bağlı Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən müvafiq təlimat verilməsi üçün görüşlərin keçiriləcəyini söyləyib: “Burada əsas məsələ odur ki, yeni sistem Türkiyənin müdafiəsi üçün milli sistemlərə inteqrasiya olunacaq və NATO-ya inteqrasiya edilmədən istifadə olunacaq. “UMBHFSS layihəsi” adlanan bu proqramın inteqrasiyasında Türkiyə Silahlı Qüvvələri ilə də nəzarət bağlantısı və bura qoşulmasına dair iş paketi milli şirkət tərəfindən ölkə daxilində hazırlanacaq. Layihə ilə əlaqədar hələlik dəyərləndirmə prosesi başa çatmayıb və yeni rəsmi təklif alınmayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm