Dünya
Öcalandan Ankaraya 10 maddəlik “yol xəritəsi” – SİYAHI
PKK terror təşkilatının İmralı adasında ömürlük həbsdə olan lideri Abdullah Öcalan kürd məsələsinin həlli çərçivəsində hökumətə 10 maddəlik “yol xəritəsi” təqdim edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin maddələr aşağıdakılardır.
Demokratik siyasət: “Siyasi partiyalar haqqında” qanunun ləğv edilməli, büdcədən ayrılan maliyyə yardımı bütün partiyalar arasında bərabər şəkildə paylanmalı, 10 faizlik seçki baryerinin tamamilə ləğv edilməsi kimi 3 tələb.
Terror qanunları: “Terrorla mübarizə qanunu”nun ləğv və “Cəza mühakimələri qanunu”nda dəyişikliklərin edilməsi.
Konstitusiya: Kürd statusu, ana dildə təhsil haqqı və mədəni haqların Konstitusiyaya daxil edilməsi, fikir və düşüncə azadlığı ilə əlaqədar Konstitusiya dəyişikliyinin edilməsi.
İctimai tələblər: Qadın, gənclik və ətraf mühit problemləri ilə əlaqədar məsələlərdə tənzimləmələrin həyata keçirilməsi, qadın məclislərinin qurulması.
Amnistiya: Terror cinayətlərinə görə həbs olunanların azad edilməsi və onların cəmiyyətə qaytarılması üçün lazımlı tədbirlərin görülməsi.
Güclü yerli idarəçilik: Avropanın yerli rəhbərliklərlə bağlı muxtariyyət şərtinin qəbul edilməsi, Türkiyə daxilində bölgə məclislərinin qurulması, yerli rəhbərliklərin səlahiyyətlərinin artırılması.
Tərksilah: Bütün yuxarıdakıların yerinə yetirilməsindən sonra təşkilatın Türkiyədəki silahlı fəaliyyətinə son qoyulması və tərksilah mərhələsi.
Dağdan enmə: Tərksilahla birlikdə dağdan enənlərlə bağlı iqtisadi və ictimai tədbirlərin görülməsi.
Ömər Dağlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır